14 oktyabr 2025 16:02
202

Robert Levandovski Polşa yığmasında ciddi zədə alıb

İspaniyanın "Barselona" komandasının hücumçusu Robert Levandovski Polşa millisinin düşərgəsində ciddi zədə alıb.

“İki sahil” xəbər verir ki, Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı futbolçunun sol bud əzələsində yırtıq aşkarlanıb.

Forvardın sağalma müddəti müalicəsinin gedişatından asılı olacaq.

Qeyd edək ki, Robert Levandovski bu mövsüm "Barselona"nın heyətində 9 matçda 4 qol vurub.