15 oktyabr 2025 10:44
178

"Sabah" FIBA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçına çıxacaq

"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçına çıxacaq.

“İki sahil” xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda "Alba" (Almaniya) ilə üz-üzə gələcək.

Qarşılaşma Milli Gimnastika Arenasında, saat 20:00-da start götürəcək.

Qeyd edək ki, B qrupunda yer alan Bakı klubu ilk görüşdə Çexiya təmsilçisi "Nimburk"a 93:65 hesabı ilə məğlub olub. Komanda növbəti matçını oktyabrın 29-da səfərdə Fransa təmsilçisi "Elan"a qarşı keçirəcək.