15 oktyabr 2025 15:39
170

Britaniya Rusiyanın iki neft şirkətinə qarşı sanksiyalar tətbiq edib

Böyük Britaniya Rusiyanın "Lukoil" və "Rosneft" şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Böyük Britaniya Maliyyə Nazirliyinin bəyanatına istinadən bildirib.

London sanksiya siyahısını 90 mövqe genişləndirib.

Xüsusilə Rusiyanın Milli Ödəniş Kartı Sisteminə və 51 gəmiyə sanksiyalar tətbiq edilib.