BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Qlobal Su Operatorları Tərəfdaşlıqları Alyansı Assambleyasının (GWOPA) su sektorunda əməkdaşlığın genişləndirilməsi, operatorlar arasında həmrəyliyin gücləndirilməsi və dayanıqlı su idarəçiliyinin inkişafı məsələləri müzakirə olunur.
“İki sahil” xəbər verir ki, tədbir UN-Habitat/GWOPA və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşkilatçılığı ilə keçirilir.
Assambleya su operatorları arasında əməkdaşlığın 17 illik inkişaf dinamikasını dəyərləndirmək, mövcud və yeni tərəfdaşlarla təcrübə mübadiləsini genişləndirmək məqsədi daşıyır.
Haaqa meri: Yerli və regional hökumətlər tamhüquqlu idarəetmə səviyyələri kimi tanınmalıdır
Ceykob Blumberq: WUF13 şəhərlərin gələcəyini müzakirə edən ən böyük platformalardan biridir