Oktyabrın 15-dən Latviyada ölkənin Rusiya və Belarusla xarici sərhədlərini keçmək üçün ödənişli elektron növbə sistemi işə salınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Latviya Dövlət Gömrük Komitəsinin saytında məlumat verilib.
Ödənişli elektron növbə sisteminin tətbiqi sərhəd-keçid məntəqəsində təhlükəsizliyin yaxşılaşdırılması və nəqliyyat sıxlığının qarşısının alınması məqsədi daşıyır. Yeni sistem “Qrebneva”, “Terexova” və “Paternieki” sərhəd-keçid məntəqələrində fəaliyyət göstərəcək.
Müəyyən edilmiş qaydalara əsasən, sürücülər sərhədə çatmazdan əvvəl buraxılış məntəqəsini, tarixi, vaxtı, növbə növünü göstərməklə, onlayn bronlaşdırma sistemində əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Bir nəqliyyat vasitəsi bron haqqı 9,3 avro təşkil edir.