2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə startaplara 475 milyon dollar sərmayə qoyulub. İnvestisiya həcminə görə prioritet layihələr (197,9 milyon dollar) innovativ texnologiyalardan (fintech) istifadə etməklə maliyyə və digər xidmətlərin göstərilməsi üzrə ideyalarının həyata keçirilməsinə yönəlmiş kommersiya layihələri olub.
“İki sahil” bu barədə “StartupCentrum” təşkilatının Türkiyə startap-layihələr bazarında investisiya imkanlarının təhlilinə dair hesabatına istinadla xəbər verir.
Hesabata görə, bu ilin 9 ayı ərzində investorlar Türkiyədə müxtəlif startapların həyata keçirilməsinə 240 dəfə çox sərmayə qoyub.
Fintech ilə yanaşı, oyun sənayesi, səhiyyə, biotexnologiya və sənaye texnologiyaları sektorlarında layihələr investorların marağına səbəb olub.
Süni intellekt sahəsində də startaplara investisiyaların fəal artımı qeydə alınır.
“StartupCentrum” qeyd edib ki, İstanbul, Ankara və İzmir startapların sayına görə Türkiyənin lider vilayətləridir.