15 oktyabr 2025 20:12
170

Ukrayna ABŞ-dan aldığı silahlarla güc qazanacaq

Ukrayna Avropa ölkələrinin ABŞ-dan silah alması hesabına “atəş gücü” qazanacaq.

“İki sahil” xəbər verir ki, bunu CNN-ə Pentaqonun rəhbəri Pete Heqset deyib.

O, əlavə edib ki, Aİ ölkələrinin üzərinə götürdüyü öhdəliklər Ukrayna üçün “imkanlar”a çevriləcək.

Pentaqon rəhbəri həmçinin bəyan edib ki, Ukrayna münaqişəsi qısa müddətdə həll olunmazsa, ABŞ və müttəfiqləri Rusiyaya qarşı hərəkətə keçəcəklər.