15 oktyabr 2025 23:24
121

Pentaqon rəhbərinin təyyarəsi təcili eniş etdi

Ekipaj Atlantik okeanı üzərində fəlakət siqnalı verdikdən sonra Pentaqon rəhbəri Pit Heqsetin təyyarəsi Böyük Britaniyada təcili eniş edib.

“İki sahil” xəbər verir ki,  bu barədə rəsmi köməkçisi Şon Parnell sosial şəbəkədə məlumat verib.

O bildirib ki, təyyarənin ön şüşəsində çat əmələ gəlib və onu geri dönməyə məcbur edib.

“Təyyarə standart prosedurlara uyğun olaraq eniş edib və katib Heqset də daxil olmaqla bütün sərnişinlər təhlükəsizdir”, - Parnell yazıb.

Qeyd olunur ki, Pentaqon rəhbəri Brüsseldə keçirilən NATO Müdafiə Nazirlərinin Sammitindən ABŞ-yə qayıdırdı.