16 oktyabr 2025 09:32
123

FIBA Avropa Kuboku: Azərbaycanın daha bir komandası əsas mərhələdə mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha bir basketbol komandası FIBA Avropa Kubokunda mübarizəyə başlayacaq.

“İki sahil”in məlumatına görə, "Abşeron Lions" klubu Estoniya təmsilçisi "Kalev"i qəbul edəcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

I qrupunun ilk görüşündə Azərbaycanın "Neftçi" kollektivi Polşada "Trefl"ə uduzub - 63:92.