ABŞ Prezidenti Donald Tramp Ukrayna üçün Çinə qarşı yeni rüsumlar hesabına maliyyələşdiriləcək "qələbə fondu"nun yaradılması üzərində işləyir.
“İki sahil” xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Nəşr qeyd edib ki, Tramp maliyyə naziri Skott Bessentə Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfərindən öncə planı avropalı həmkarlarına təqdim etməyi tapşırıb.
"Strategiya Çindən idxala 500 faizlik rüsumun tətbiq edilməsini və əldə olunan vəsaitin Ukrayna ordusu üçün silah alınmasına yönəldilməsini nəzərdə tutur", - məqalədə qeyd edilib.
Bildirilib ki, plan Rusiya Prezidenti Vladimir Putinə maksimum iqtisadi təzyiq göstərməyi hədəfləyir, çünki onun hərbi maşını Çinin dəstəyindən asılıdır.