16 oktyabr 2025 12:41
120

Bu il Azərbaycandan ixrac olunan polietilenin həcmi açıqlanıb

Yanvar-sentyabr aylarında Azərbaycandan polietilen ixracı 5,2 faiz azalaraq 92,6 min ton olub.

Dövlət Gömrük Komitəsindən (DGK) “İki sahil”ə verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 103,6 milyon dollar təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin eyni aylarında 109 milyon dollarlıq 97,7 min ton polietilen ixrac olunub.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.