16 oktyabr 2025 14:20
114

“Nestle” iki il ərzində 16 min iş yerini ixtisar edəcək

İsveçrənin aparıcı qida məhsulları istehsalçısı “Nestle” növbəti iki il ərzində 16 minədək iş yerini ixtisar etməyi planlaşdırır ki, bu da şirkətin əməkdaşlarının ümumi sayının 5,7 faizinə bərabərdir.

“İki sahil” xəbər verir ki, şirkətin yaydığı məlumatda ixtisarların əsasən ofis və inzibati vəzifələr üzrə həyata keçiriləcəyi vurğulanır.

Bu tədbirlər nəticəsində şirkət 2027-ci ilin sonunadək illik 1 milyard İsveçrə frankına qənaət etməyi düşünür.

İxtisarlar barədə qərar şirkətin cari ilin ilk doqquz ayına dair maliyyə hesabatının dərc olunmasından sonra verilib. Hesabata əsasən, “Nestle”nin satış gəlirləri 1,9 faiz azalaraq 65,9 milyard İsveçrə frankına (təxminən 71 milyard avro) enib.