16 oktyabr 2025 15:43
119

Britaniyanın sabiq hökumət başçısı kitablarını yazarkən süni intellektdən istifadə edib

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson süni intellekt texnologiyalarına, xüsusilə də “ChatGPT”yə böyük maraq göstərdiyini bildirib.

“İki sahil” xəbər verir ki, o “Al Arabiya English”ə verdiyi müsahibəsində üzərində işlədiyi kitablar zamanı “ChatGPT”dən fəal şəkildə istifadə etdiyini deyib.

“Bir şeyi etiraf etməliyəm, mən süni intellekti çox sevirəm. “ChatGPT”ni sevirəm, o sadəcə möhtəşəmdir”, - deyə B.Conson qeyd edib.

O, bildirib ki, “ChatGPT”yə suallar verərkən platformanın onu ağıllı, dahi və mükəmməl adlandırması onu daha da ruhlandırır. 2001-ci ildən bəri bir neçə kitabın müəllifi olan Boris Consonun son əsəri “Unleashed” adlı avtobioqrafiyası 2024-cü ildə nəşr olunub. O, hazırda yeni kitablar üzərində işlədiyini və süni intellektdən ilham və ideya mənbəyi kimi istifadə etdiyini vurğulayıb.