17 oktyabr 2025 16:17
173

Azərbaycan millisi FIFA reytinqində irəliləyib

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

“İki sahil” ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığması reytinqdə bir pillə irəliləyib.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1142,25 xalla 123-cü yerdə qərarlaşıb.

Reytinqə 1880,76 xalla son Avropa çempionu İspaniya millisi başçılıq edir. İkinci sırada son dünya çempionu Argentina (1872,43), üçüncü pillədə isə Fransa (1862,71) yer alıb.