17 oktyabr 2025 17:08
156

Pakistanda 5,5 maqnitudalı zəlzələ olub

Pakistanın şimalında 5,5 maqnitudalı zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələ Əfqanıstanın Xandud yaşayış məntəqəsindən 43,6 kilometr cənub-şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.