17 oktyabr 2025 17:59
167

Ayxan Abbasov: "Şamaxı"nın toparlanmağa ehtiyacı var"

"Şamaxı" futbol komandasının toparlanmağa ehtiyacı var.

“İki sahil” xəbər verir ki, bu barədə bölgə təmsilçisinin baş məşqşisi Ayxan Abbasov mətbuat konfransında açıqlama verib.

Mütəxəssis "Kəpəz"ə evdə 1:4 hesabı ilə uduzduqları Misli Premyer Liqasının VIII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Üzücü məğlubiyyət oldu. Azarkeşlərimizə təşəkkür edirəm. Təəssüf ki, onları sevindirə bilmədik. Çempionatda belə oyunlar olur ki, səndə heç alınmır, hər şey rəqib tərəfdə olur. Bu gün bizim üçün həmin matçlardan biri idi. Oyuna yaxşı başlasaq da, qol vursaq da, 20-ci dəqiqədən sonra komandada eniş hiss etdik".

A.Abbasovun sözlərinə görə, matçın "qırılma nöqtəsi" futbolçu Abdullahi Şuaybunun qırmızı vərəqə alması olub:

"Bəlkə də 11 nəfərlə oynasaydıq, nələrisə dəyişə bilərdik. Növbəti qarşılaşmalara hazırlaşmalıyıq. Belə hadisələr ötən mövsümdə də başınıza gəlib. Zədəlilər var. Rotasiyalar etməkdə çətinlik çəkirik. Amma bu, bəhanə deyil. Komanda olaraq toparlanmağa ehtiyacımız var".