18 oktyabr 2025 09:09
135

MPL: “İmişli” “Qəbələ” ilə, “Sumqayıt” “Karvan-Yevlax”a oynayacaq

Misli Premyer Liqasında 8-ci turun oyunları davam edir. 

“İki sahil” xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma keçiriləcək. 

Əvvəlcə “İmişli” Qubada “Qəbələ”ni sınağa çəkəcək. 7 oyundan sonra 8 xalı olan İmişli təmsilçisi 9-cu pillədə qərarlaşıb. 4 xalı olan “Qəbələ” isə 11-ci yeri tutur. 

Günün ikinci matçında “Sumqayıt” “Karvan-Yevlax”ı sınağa çəkəcək. Son 3 turda cəmi 1 xal toplayan Sumqayıt təmsilçisi hazırda 6-cı pillədə qərarlaşıb. 11 xala malik Saşa İliçin komandası bu matçda qalib gəlsə, turnir cədvəlində ən azı birgünlük üçüncü yerə yüksələcək. Yevlax klubu isə hazırda 5 xalla turnir cədvəlində 10-cudur. 

Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq. 

Misli Premyer Liqası,

8-ci tur

18 oktyabr (şənbə)

14:30. “İmişli” - “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Quba OİK stadionu

18:00. “Sumqayıt” - “Karvan-Yevlax”
Hakimlər: 
Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Əliyar Ağayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19 oktyabr (bazar) 

16:00. “Sabah” - “Zirə”

18:30. “Neftçi” - “Araz-Naxçıvan”

17 oktyabr (cümə)

“Şamaxı” - “Kəpəz” - 1:4

“Turan Tovuz” - “Qarabağ” - 1:2