Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rumıniyaya 429,3 milyon dollar dəyərində 778,6 min ton həcmində bitum süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 129,3 milyon ABŞ dolları və ya 43 faiz, həcm baxımından isə 279,7 min ton və ya 56,1 faiz artıb.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 20 ölkəyə 8,939 milyard ABŞ dolları dəyərində, ümumilikdə 16,996 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,069 milyard dollar və ya 18,8 faiz, fiziki həcmdə isə 613 min ton və ya 3,5 faiz azdır.