Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 673 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 % çoxdur.
Bu il oktyabrın 1-nə Azərbaycanda 13 ədəd hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 793 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 18 % azdır.