19 oktyabr 2025 18:42
89

Gənc futbolçu qətlə yetirilib

Seneqallı gənc qapıçı Çeyx Ture Qanada faciəvi şəkildə həyatını itirib. 

“İki sahil” xarici KİV-lərə istinadən xəbər verir ki, Senegalın Afrika İnteqrasiyası və Xarici İşlər Nazirliyinin məlumatına görə, o, dələduzluq və quldurluqla məşğul olan bir dəstənin qurbanı olub.

“Esprit Foot Yeumbeul” klubunun yetirməsi olan və gələcəyi parlaq futbolçu kimi görülən Ture peşəkar komandada baxışdan keçiriləcəyi vədi ilə aldadılıb. İnsan alveri ilə məşğul olan şəxslər tərəfindən qaçırılan gənc futbolçunun ailəsindən pul tələb olunub. Lakin tələb edilən məbləğ ödənilmədiyi üçün Ture öldürülüb.

Qananın paytaxtı Akkradakı Seneqal Konsulluğundan bildirilib ki, futbolçunun meyiti Aşanti bölgəsinin Tafo şəhərindəki “Ebenezer” morquna yerləşdirilib. Yerli hakimiyyət orqanlarından ölümün dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün geniş araşdırma aparılması istənilib.