İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançini İngiltərə Premyer Liqasında fəaliyyət göstərə bilər.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, “Nottingem Forest” 59 yaşlı mütəxəssislə danışıqlara başlayıb.
Klub rəhbərliyi səkkiz oyundur qələbə qazana bilməyən Ange Postekoglunun istefasının ardından komandanı Mançiniyə həvalə etmək niyyətindədir.
Bildirilir ki, artıq tərəflər arasında ilkin razılıq əldə olunub.
Qeyd edək ki, “Nottingem Forest” Premyer Liqada səkkiz turdan sonra cəmi 5 xal toplayaraq turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.