Kişi həndbolçulardan ibarət "Azəryol" komandasının yeni baş məşqçisi bəlli olub.
“İki sahil” xəbər verir ki, Emin Aydəmirov bu posta təyinat alıb.
Təcrübəli oyunçu Vadim Skrebtsov karyerasını köməkçi məşqçi kimi davam etdirəcək.
Bundan əlavə, "Azəryol"un heyətində mühüm dəyişikliklər olub. Heyət əsasən gənclərdən formalaşıb. Belə ki, 19 nərəflik heyətdə 8 həndbolçunun yaşı 20-dən aşağıdır. 6 nəfərin yaşı 25-dək, 5-nin isə 25-dən çoxdur.