20 oktyabr 2025 10:33
124

"Barselona" bu qış transferlər edəcək?

"Barselona"nın idman direktoru Deku klubun qış transfer pəncərəsi üçün planları haqda danışıb.

“İki sahil” "Cadena Ser"ə istinadən xəbər verir ki, o, transfer bazarında fəal iştirak etmək niyyətində olmadıqlarını bildirib:

"Yayda istədiyimiz və mümkün olan hər şeyi etdik. Artıq vaxta ehtiyac var. Qışda trasferlər etmək bizim planlarımızın bir hissəsi deyil".

Xatırladaq ki, “Barselona” hazırda İspaniya çempionatında 9 oyundan sonra 22 xalla 2-ci pillədə qərarlaşır. Lider isə 24 xala malik "Real"dır.