20 oktyabr 2025 20:33
121

400-cü qol

"Sabah"ın futbolçusu Aron Maludanın Misli Premyer Liqasının VIII turunda "Zirə"nin qapısına vurduğu qol tarixə düşüb.

“İki sahil” xəbər verir ki, oyunun 45+2-ci dəqiqəsində fərqlənən hücumçu "bayquşlar"ın bütün turnirlərdə vurduğu 400-cü qolun da müəllifi olub.

O, rəqib komandanın torunu silkələməklə həmçinin "Sabah"dakı qol hesabını açıb.

Qeyd edək ki, "Sabah" - "Zirə" oyunu birincilərin 3:0 hesablı qələbəsi ilə bitib.