Son on il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fodunun (ARDNF) investisiya fəaliyyəti nəticəsində əldə olunan gəlirlər 15 milyard dollardan artıq olub. Hazırda fondun ümumi aktivləri 70 milyard dolları ötüb.
“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan ARDN-nin İcraçı direktorunun müavini Bəhruz Bəhramov “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, ARDNF-nin vəsaitləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) təxminən 90 faizinə bərabərdir və bu göstərici dövlət borcunun 13 mislini üstələyir.
“Fondun sabit və davamlı investisiya siyasəti ölkənin maliyyə sabitliyinin qorunmasında mühüm rol oynayır”, - deyə Bəhruz Bəhramov vurğulayıb.