22 oktyabr 2025 15:42
142

"Barselona"nın şikayəti təmin edilməyib, Hans-Diter Flik El-Klasikonu buraxacaq

İspaniyanın "Barselona" komandasının baş məşqçisi Hans-Diter Flikin La Liqanın X turunda “Real Madrid”ə qarşı keçiriləcək oyunda texniki zonada olmayacağı dəqiqləşib.

“İki sahil” AS nəşrinə istinadən xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının nizam-intizam komitəsi kataloniyalıların apelyasiya şikayətini təmin etməyib.

Almaniyalı mütəxəssisin La Liqanın IX turunun “Jirona” ilə matçında (2:1) qırmızı vərəqə aldığı üçün cəzalı duruma düşüb.

Qeyd edək ki, “Real Madrid” – “Barselona” matçı oktyabrın 26-da təşkil olunacaq.