Bakı şəhəri, Neftçilər prospektinin Azadlıq Meydanının qarşısından keçən hissəsində təmir işlərinə start verilib.
“İki sahil” xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq meydan ərazisindən təmin ediləcək.
İşlər çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənarlaşdırılır, ərazi yeni asfaltlanma üçün hazır vəziyyətə gətirilir. Daha sonra prospektin sözügedən hissəsinə yeni asfalt-beton örtüyü döşənəcək.
Ümumilikdə təmir-bərpa işlərinin aparıldığı ərazi təqribən 14 min kvadratmetr sahəni əhatə edir.
Sürücülərdən görülən işlərə anlayışla yanaşmaları, hərəkət zamanı ehtiyatlı olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etmələri xahiş olunur.
Qeyd edək ki, bundan əvvəl Azadlıq Meydanında da oxşar təmir işləri həyata keçirilib. Həmin təmir sahəsinin ümumi ərazisi isə təqribən 16 min kvadratmetr olub.