Azərbaycan Basketbol Liqasında IV tura bu gün start veriləcək.
“İki sahil” xəbər verir ki, günün yeganə matçında "Sabah" "Gəncə"ni qəbul edəcək.
Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
"Sabah" A qrupunda 6 xalla liderdir. Rəqiblərindən bir oyun az keçirən bölgə təmsilçisi 3 xalla dördüncüdür.
Qeyd edək ki, IV tura oktyabrın 26-da yekun vurulacaq.