UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada "Atletik"lə III tur oyununda (1:3) zədələnən "Qarabağ"ın futbolçusu Kamilo Duranın son durumu açıqlanıb.
“İki sahil” xəbər verir ki, klubdan verilən məlumata görə, kolumbiyalı hücumameyilli yarımmüdafiəçinin zədəsi ciddi deyil. Bildirilib ki, oyun vaxtı yüngül spazm olsa da, hazırda hər şey qaydasındadır.
Qeyd edək ki, Kamilo Duran matçın 67-ci dəqiqəsində Aleksey Kaşukla əvəzlənib.
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
Azərbaycanda ilk dəfə "Caspian Junior Cup 2026" yeniyetmələr arasında beynəlxalq qolf turniri keçirilib