Azərbaycanın yeniyetmələrdən ibarət yunan-Roma və qız güləşçiləri Estoniyanın Rakvere şəhərində keçirilmiş beynəlxalq turnirdə 7 medal qazanıblar.
Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
3 yaş qrupu üzrə təşkil edilən yarışda 19 ölkədən 500-ə yaxın idmançı iştirak edib. Milli komandanın məşqçiləri Turac Hüseynli və Taleh Məmmədovun rəhbərliyi altında turnirdə çıxış edən yunan-Roma güləşçilərimizdən 7-si fəxri kürsüyə qalxıb.
U-13 yaş qrupunda Məhərrəmli Bakir (35 kq) gümüş medal qazanıb. U-15 yaş qrupunda Elmir Çərkəzov (62 kq) və İsfahan Həsənov (85 kq) gümüş, Hüseyn Mustafazadə (52 kq) isə bürünc medalı boynundan asıb.
U-17 yaş qrupunda isə Nihat Tağıyev (65 kq) çempion olub, Abdurrahman Hüseynli (51 kq) ilə Mehdi Əsgərli (60 kq) üçüncü yeri tutub.
Zemfira Meftahətdinova "İdman veteranları" İctimai Birliyinin prezidenti seçilib
Avropa çempionatı: Azərbaycanın iki boksçusu finala, biri yarımfinala yüksəlib