2025-ci ildə ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində sayca 2-ci səyyar konsulluq xidməti keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu məlumat yayıb.
Bildirilib ki, səyyar konsulluq xidməti Vaşinqton Ştatı Azərbaycanlıları Assosiasiyasının dəstəyi ilə baş tutub.
Qeyd edək ki, ABŞ-ın digər ştatlarında yaşayan vətəndaşlarımızın konsulluq xidmətlərindən mümkün istifadəsini daha əlçatan etmək məqsədilə səfirlik tərəfindən ilin sonuna kimi Nyu-york (1 noyabr), Filadelfiya (Pensilvaniya, 11 noyabr), Çikaqo (İllinoys, 9 noyabr) və Hyustonda (Texas, 27 dekabr) da səyyar konsulluq xidmətləri həyata keçiriləcək.
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb