29 oktyabr 2025 00:09
139

Türkiyədə 152 hakim mərc oynamaqda ittiham olunur

Türkiyə Futbol Federasiyası (TFF) ölkə futbolunda geniş rezonans doğuran bəyanat yayıb.

“İki sahil” xəbər verir ki, federasiya mərc oyunlarında iştirak etdiyi müəyyən edilən 152 hakimi Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərib.

Məlumata görə, siyahıda bir sıra yüksək kateqoriyalı hakimlərin də adı yer alıb. Onların arasında Egemen Artun, Mehmet Ali Özer, Melih Kurt, Muhammed Selim Özbek, Seyfettin Alper Yılmaz, Yunus Dursun və Zorbay Küçük kimi tanınmış adlar da var.

TFF açıqlamasında qeyd edib ki, aparılan istintaq çərçivəsində mərc oynadığı aşkarlanan bütün hakimlər barədə intizam proseduru başladılıb və prosesin nəticələri ictimaiyyətə açıqlanacaq.