Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni Respublikası Günü münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə nazirlik "X" sosial şəbəkəsində paylaşım edib.
"29 Oktyabr - Türkiyə Respublikasının əsasının qoyulmasının 102-ci ildönümü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik.
Bu tarixi gündə, Türkiyə Respublikasının banisi, dahi Mustafa Kamal Atatürkü, eləcə də Cümhuriyyətin yaradılması uğrunda canlarını fəda etmiş şəhidlərimizi və qazilərimizi dərin ehtiramla yad edirik.
Bölgədə sülhün, ədalətin və inkişafın rəmzinə çevrilmiş Türkiyə Respublikası, eləcə də bənzəri olmayan Azərbaycan–Türkiyə qardaşlığı əbədi yaşayacaq və gələcək nəsillər üçün örnək olacaqdır.
Bu əlamətdar gün münasibətilə qardaş Türkiyəyə daim sülh, rifah və tərəqqi arzulayır, Azərbaycan–Türkiyə birliyinin və qardaşlığının əbədi olacağına əminliyimizi ifadə edirik.
Türkiyənin Cümhuriyyət Günü mübarək!" - deyə paylaşımda bildirilib.
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb