Konstitusiya dövlət və xalq arasında körpü rolunu oynayır.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında Pakistan Senatının sədri Səid Yusif Rza Gilani deyib.
Pakistan senatının sədri Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanda konstitusion suverenliyin təmin olunmasına diqqət çəkib:
"Bu ilin Azərbaycanda konstitusiya və suverenlijk ili elan edilməsi qeyd olunan dəyələrə sadiqlik prinsipinin nümayişidir".
O qeyd edib ki, Azərbaycan müasirliyi rəhbər tutaraq özünün müstəqilliyini və suverenliyini qorumaqdadır:
"Dünyada dəyər zəncirinin dağıdılması, kibertəhlükələr, dezinformasiya kampaniyaları dövlətlərin müstəqilliyinə müxtəlif təhlükələr yaratmaqdadır. Bu mənada, birgə məsuliyyət çərçivəsinə diqqət yetirilməlidir".
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb