 
                    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.
Bildirilib ki, görüş zamanı, Azərbaycan və Macarıstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, gələcək plan və layihələr müzakirə olunub.
Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud siyasi dialoqun, qarşılıqlı səfər və təmasların, habelə strateji dialoq və siyasi məsləhətləşmələr kimi mexanizmlərin tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
İkitərəfli əsasda Azərbaycan və Macarıstan arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, bərpaolunan enerji ehtiyatları, humanitar, təhsil, mədəniyyət və s. istiqamətlər üzrə çoxşahəli əməkdaşlıq gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə, iqtisadi əlaqələrin daha da gücləndirilməsi baxımından potensialın mövcudluğu, bu istiqamətdə perspektivlərin müzakirəsi istiqamətində Azərbaycan və Macarıstan Hökumətləri arasında İqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın rolu vurğulanıb.
Bərpaolunan enerji sahəsinin inkişafı və ötürülməsi istiqamətinin strateji tərəfdaşlıq münasibətlərimizin vacib komponentlərindən biri olduğu, bu istiqamətdə Qara dəniz sualtı kabel/Yaşıl Orta Dəhliz təşəbbüsünün irəlilədilməsi fəaliyyətinin davam etdirilməsinin zəruriliyi görüşdə vurğulanıb.
Macarıstanın işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərinə töhfəsi minnətdarlıqla qeyd olunub.
Görüşdə, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilir -  Hikmət Hacıyev
                                
                                    
                                    
                                
                                
                                
                                    Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilir -  Hikmət Hacıyev
                                 Milli Məclisin növbəti plenar iclası keçirilib, 11 məsələ müzakirə olunub - YENİLƏNİB/FOTO
                                
                                    
                                    
                                
                                
                                
                                    Milli Məclisin növbəti plenar iclası keçirilib, 11 məsələ müzakirə olunub - YENİLƏNİB/FOTO                 
                                 Slovakiya səfiri diplomatların Cəbrayıl və Zəngilana səfərini əhəmiyyətli adlandırıb
                                
                                    
                                    
                                
                                
                                
                                    Slovakiya səfiri diplomatların Cəbrayıl və Zəngilana səfərini əhəmiyyətli adlandırıb