Türkiyənin məşhur futbol şərhçisi Ertem Şener Bakıya gələcək.
“İki sahil” xəbər verir ki, o, TVNET platformasının təşkilatçılığı ilə “Qarabağ” – “Çelsi” oyunu üçün ölkəmizdə olacaq.
Məşhur şərhçi 4,5,6 noyabr tarixlərində TVNET SPORT və SPORT TV ekranlarında canlı analizlər edəcək. Matçdan öncə də qarşılaşma ilə bağlı xüsusi söhbətlər olacaq.
Ertem Şener-in gəlişinə TVNET platformasından izləyicilərə özəl hədiyyə də olacaq.
VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan millisinin matç təqvimində dəyişiklik edilib