03 noyabr 2025 12:35
151

Almaniyanın vitse-kanslerindən Rusiya ilə bağlı SƏRT AÇIQLAMA

Almaniyanın vitse-kansleri Lars Klingbeil, sənayeni dəstəkləmək üçün əyalət rəhbərləri və polad sənayesi nümayəndələri ilə federal hökumət zirvəsindən əvvəl Rusiya poladının AB-yə idxalına tamamilə qadağa qoyulmasını təklif edib.

“İki sahil” xəbər verir ki, bu barədə  DPA xəbər agentliyi məlumat yayıb.

"Rusiyadan polad idxalını tamamilə dayandırmalıyıq", - deyə, o, qeyd edib.

Klingbeil, Rusiyada istehsal olunan və AB-də emal edilən, polad təbəqələri və zolaqları istehsalı üçün xammal olan polad lövhələrin hələ də sanksiyalardan azad olmasından narazılığını bildirdi.

19-cu sanksiya paketinin bir hissəsi olaraq, AB Rusiyaya duz, torpaq və sement ixracını qadağan edib.