03 noyabr 2025 14:52
127

Macarıstan bu təşəbbüslərdə iştirak etməyəcək - Orban

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Avropa Birliyi Ukraynaya hərbi yardım üçün resurslarını tükəndirib və Rusiya aktivlərinin müsadirə edilməsi yolu ilə çatışmazlığı kompensasiya etməyi planlaşdırır. O, Macarıstanın bu təşəbbüslərdə iştirak etməyəcəyini vurğulayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.

Orban həmçinin qeyd edib ki, Britaniyanın "The Economist" jurnalına görə, Ukraynanın müharibəni davam etdirməsi üçün növbəti dörd il ərzində təxminən 400 milyard dollara ehtiyacı olacaq. Bu vəsait silah almaq, infrastrukturu yenidən qurmaq, pensiya və maaşları ödəmək üçün lazımdır. O, sosial şəbəkə hesabında yazıb: "Avropanın xərcləri ödəməsi gözlənilir. Başqa heç kim bu xərcləri öz üzərinə götürməyə hazır deyil".