04 noyabr 2025 16:26
120

Almaniya Ukraynaya yardımı 3 milyard avro artırmaq niyyətindədir

Alman hakimiyyəti, ölkənin böhranına baxmayaraq, 2026-cı ildə Ukraynaya yardımı 3 milyard avro artırmaq niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə "Handelsblatt" hökumət mənbələrinə istinadla məlumat yayıb.

"Federal hökumət Ukraynaya maliyyə yardımını artırmaq niyyətindədir... Gələn il üçün dəstəyin məbləğini təxminən 3 milyard avro artırmaq planlaşdırılır", - deyə, məlumatda bildirilir.

Bundan əvvəl "Politico" qəzeti Zelenskinin Aİ sammitində Almaniya kansleri Fridrix Mertsə Ukraynanın müdafiə potensialının gücləndirilməsində kömək üçün "xüsusi" xahişlər etdiyini bildirmişdi.