Belçika hökuməti və Avropa Komissiyasının nümayəndələri dondurulmuş Rusiya aktivləri ilə bağlı çıxılmaz vəziyyəti müzakirə etmək üçün 7 noyabrda Brüsseldə görüşəcəklər.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" öz mənbələrinə istinadla məlumat yayıb.
Tərəflər Ukraynaya 140 milyard avroluq kredit vermək üçün aktivlərdən istifadə yollarını müzakirə etmək istəyirlər.
Danışıqlar Aİ maliyyə nazirlərinin bu məsələdə irəliləyiş əldə edə bilməməsindən sonra planlaşdırılıb. AK xəbərdarlıq edib ki, Ukraynaya maliyyələşdirmə 2026-cı ildə bitə bilər. Əgər ölkələr həmin vaxta qədər Rusiya aktivlərindən istifadə planı barədə razılığa gələ bilməsələr, Kiyevi öz büdcələrindən dəstəkləməli olacaqlar.
"Coca-Cola" Rusiyada "Coca-Cola" və "Sprite" ticarət nişanlarını qeydiyyatdan keçirib
Mirzoyan: Sülh Bakı və İrəvan arasında münasibətlərdən təzyiq aləti kimi istifadəyə imkan verməyəcək
Rafael Qrossi: Zənginləşdirilmiş uranın demək olar ki, hamısı İranın əlində qalıb