05 noyabr 2025 14:03
150

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

NTD komandası amerikalı basketbolçu Leykim Makalili transfer edib.

“İki sahil” xəbər verir ki,  klubdan bildirilib ki, hücumçu mövqeyində çıxış edən 24 yaşlı basketbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

O, son olaraq Gürcüstan Liqasında çıxış edən “Delta Qurjani” klubunun şərəfini qoruyub.