05 noyabr 2025 14:23
106

Şoyqu Cənubi Qafqazda vəziyyətin yaxşılaşdığını qeyd edib

Moskvada keçirilən MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin XIII görüşündə çıxış edən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Cənubi Qafqaz regionunda vəziyyət yaxşılaşma tendensiyasına malikdir.

“İki sahil” xəbər verir ki, onun sözlərinə görə, sülh prosesinin daha da irəliləməsi üçün “3+3” regional məşvərət qrupu platformasının işini bərpa etmək vacibdir.

Sergey Şoyqu vurğulayıb: “Bütövlükdə, Cənubi Qafqazda vəziyyət yaxşılaşma tendensiyasına malikdir. Bununla bağlı mövqeyimiz ondan ibarətdir ki, ilk növbədə, sülh prosesi regional meyarlara əsaslanmalıdır. Bu kontekstdə “3+3” regional məşvərət qrupu platformasının işini bərpa etmək vacibdir”.

O qeyd edib ki, regionda nəqliyyat kommunikasiyalarının açılması böyük əhəmiyyətə malikdir. Üçtərəfli işçi qrupu çərçivəsində bu barədə razılıq əldə olunub.