UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda hesab yenidən bərabərləşib.
“İki sahil” xəbər verir ki, Tofiq Bəhramov stadionunda keçirilən matçda qonaqlar tablodakı rəqəmləri eyniləşdiriblər - 2:2.
Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda ilk hissə başa çatıb.
“İki sahil” xəbər verir ki, Tofiq Bəhramov stadionunda keçirilən matçda meydan sahibləri fasiləyə 2:1 hesabı ilə üstün yollanıblar.
Qarşılaşmanı avstriyadan olan FIFA referisi Sebastyan Qishamer idarə edir.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda üçüncü qol vurulub.
“İki sahil” xəbər verir ki, Tofiq Bəhramov stadionunda keçirilən oyunda meydan sahibləri hesabda irəli çxııblar - 2:1.
39-cu dəqiqədə Marko Yankoviç penalti zərbəsindən fərqlənib.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) hesab bərabərləşib.
“İki sahil” xəbər verir ki, Tofiq Bəhramov stadionunda keçirilən oyunda meydan sahibləri status-kvonu bərpa ediblər - 1:1.
29-cu dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.