FİFA 2025-ci il üçün “İlin ən yaxşı futbolçusu” (The Best) mükafatına namizədlərin siyahısını elan edib.
“İki sahil” xəbər verir ki, siyahı qurumun rəsmi saytında yayımlanıb.
Mükafat uğrunda 11 futbolçu mübarizə aparacaq. Qalib milli komandaların baş məşqçiləri və kapitanları arasında aparılacaq sorğu əsasında müəyyənləşəcək.
Namizədlər:
Usman Dembele (PSJ, Fransa millzi)
Əşrəf Hakimi (PSJ, Mərakeş millisi)
Harri Keyn (“Bavariya”, İngiltərə millisi)
Kilian Mbappe (“Real Madrid”, Fransa millisi)
Nunu Mendeş (“PSJ”, Portuqaliya millisi)
Koul Palmer (“Çelsi”, İngiltərə millisi)
Pedri (“Barselona”, İspaniya millisi)
Rafinya (“Barselona”, Braziliya millisi)
Məhəmməd Salah (“Liverpul”, Misir millisi)
Vitinya (“PSJ”, Portuqaliya millisi)
Lamin Yamal (“Barselona”, İspaniya millisi)
Qeyd edək ki, ötən il bu nominasiyanın qalibi “Real Madrid” və Braziliya millisinin üzvü Vinisius Junior olmuşdu.