Özbəkistanda 3.2 bal gücündə zəlzələ qeydə alınıb.
“İki sahil” Kun.uz-a istinadla xəbər verir ki, silkələnmə noyabr 8-də yerli vaxtla saat 09:14-də qeydə alınıb.
Məlumata görə, episentr Buxara bölgəsindəki Qazlı şəhəri yaxınlığında, 10 km dərinlikdə yerləşib. Episentrdə intensivlik 3 bal, Qazlı şəhərində isə 2 bal olaraq qeydə alınıb.
Məlumata görə, zəlzələnin episentri Daşkənddən 506 km cənub-qərbdə yerləşir.
Bu zəlzələ ilə bağlı hələlik əlavə məlumat verilmir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”