09 noyabr 2025 08:23
100

ABŞ-da gənc oğlan şerifin müavinini xidməti silahı ilə güllələyərək öldürüb

ABŞ-ın Mayami dairəsinin şerif müavini Devin Xaramillo öz xidməti silahı ilə güllələnərək öldürülüb.

“İki sahil” "NBC News" telekanalına istinadən xəbər verir ki, məlumata görə, polis yol qəzası çağırışına cavab olaraq şübhəli ilə şifahi mübahisəyə girib, mübahisə qarşıdurmaya çevrilib. Mübahisə zamanı şübhəli polisin xidməti silahını əlindən alaraq ona atəş açıb.

Zabit güllə yaraları ilə xəstəxanaya aparılıb, lakin tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra 21 yaşlı Stiven Devid Rastriyan kimi tanınan şübhəli avtomaşınına minərək intihar edib.

Təhqiqatla Şerif Ofisinin cinayət bölməsi məşğul olacaq.