09 noyabr 2025 08:50
92

Tenerifedə nəhəng dalğalar 3 turistin həyatına son qoyub

İspaniyanın Kanar adalarına daxil olan Tenerife adasında nəhəng dalğaların sahilə çırpılması nəticəsində 3 turist həlak olub.

“İki sahil” xəbər verir ki, sahilə çırpılan güclü dalğalar turistlərdən ibarət qrupu dənizə çəkib. Hadisə nəticəsində ölənlərdən əlavə, 15 nəfər xəsarət alıb.

Atlantik okeanında yerləşən Kanar adalarında xüsusilə payız və qış aylarında proqnozlaşdırılması çətin olan nəhəng dalğalar yaranır. Adanın ətrafındakı suların çox dərin olması səbəbindən dalğalar demək olar ki, heç bir maneə ilə qarşılaşmadan şiddətlə sahilə çırpılır.

Məlumata görə, altı fransız turist yerli hakimiyyət orqanlarının xəbərdarlıqlarına və sahil boyunca yerləşdirilmiş nişanlara məhəl qoymayaraq, dəniz kənarında olduqları vaxt dalğaların təsirinə məruz qalıb və dənizə sürüklənib.

Təcili yardım və xilasetmə xidmətləri sakinlərə və turistlərə sahil bölgələrində ehtiyatlı olmağı tövsiyə edib, çünki bu cür dalğalar bəzən qəfil yarana bilər.