09 noyabr 2025 13:10
85

Andaman adaları yaxınlığında 5,5 bal gücündə zəlzələ olub

Hindistanın Andaman adaları yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Port Bleyrdən 148 km şimal-şərqdə, ocağı isə 133 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.