09 noyabr 2025 14:06
114

Türkiyə Prezidenti: Azərbaycan bölgədə sülhün memarı kimi önə çıxacaq

Azərbaycanla koordinasiyalı formada Ermənistanla normallaşma prosesini davam etdiririk.

“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

"Bu proses həyata keçirilərkən Azərbaycanın hüquqlarının pozulmasına yol verməyəcəyik. Hazırda qardaşım İlham Əliyevin rəhbərliyi altında Qarabağda böyük bir inkişaf həyata keçirilir. Qarabağda yollar, tunellər, kənd təsərrüfatı layihələri və mənzillər tikintisi həyata keçirilir. Biz də bu prosesdə Azərbaycana lazımi töhfələri veririk", - o bildirib.

Sülh prosesində Azərbaycanın səylərini yüksək qiymətləndirən Ərdoğan Cənubi Qafqazda daimi sülh üçün bir imkan pəncərəsi açıldığını vurğulayıb. Onun sözlərinə görə, sülh prosesinin qısa zamanda başa çatması müharibənin qalibi olan Azərbaycanı bölgədə sülhün memarı kimi də önə çıxaracaq.