09 noyabr 2025 18:51
114

Şatdaun ABŞ-ın İtaliyadakı hərbi bazalarında çalışanlara təsirsiz ötüşməyib

ABŞ-da federal hökumətin fəaliyyətinin dayandırılması (şatdaun) Birləşmiş Ştatların İtaliyadakı 5 hərbi bazasında çalışan işçilərə də təsirsiz ötüşməyib.

“İki sahil” xəbər verir ki, şatdaun fonunda ABŞ-ın İtaliyanın Aviano, Viçenza, Livorno, Neapol və Siqonella şəhərlərindəki hərbi bazalarında ümumilikdə 4 min italiyalı mülki işçinin əməkhaqqıları təhlükə altındadır. Bu səbəbdən işçilərin maaşlarının oktyabrdan bəri verilmədiyi, həmkarlar ittifaqlarının hökumətinin məsələyə təcili müdaxiləsini tələb etdiyi bildirilib.

Qeyd olunub ki, əmək haqqının ödənilməməsi 1951-ci il imzalanan İtaliya-ABŞ ikitərəfli müqavilənin və əlaqəli kollektiv sazişlərin müddəalarını pozur.